Müxalifəti də ixtidar qədər iyrənc olan ölkə!!!

sevib ayrılmaq da lazımdı

January 24th, 2012 | Kateqoriya: ordan-burdan, | 31 fikir Paylaş

Sevib ayrılmaq da lazımdı… təkbaşına küçəyə atılan uşaq kimi hiss eləmək özünü… evin içində özünü bomj kimi hiss eləmək… isti yatağında tirtir titrəmək… sözləri ilə mırtdaşdığın mahnılar intiqamını almalıdı səndən, ürəyini parçalamalıdı… soyuq yaşlar axmalıdı gözlərindən… yaşamalısan bunu! yaşayanları anlayasan, qınamayasan, gic-gic məsləhətlər verməyəsən deyə!

Bir musiqini dəfələrlə dinləməlisən… O musiqi ilk tanışlıqdan başlayıb, sevincdən uçduğun günlərə qədər aparmalıdı… aci bir təbəssüm yaratmalıdı üzündə… və birdən necə yerə çırpıldığını yadına salmalıdı… silkələməlidi səni… yenidən replay, yenidən eyni xatirələr, yenidən üzüntü, yenidən replay… davamı »


Paylaş

şükran günü… təşəkkür günü…

January 11th, 2012 | Kateqoriya: ordan-burdan, | 5 fikir Paylaş

Bugün thanksgiving day imiş . Əşşi əslində elə hərgün , hər saat şükr etmək üçündü. Şükr edə bilirsənsə, deməli xoşbəxtsən. Sözdə edilən şükrdən danışmıram ha, içdən gələn, biranda hərkəsi qucaqlıyıb öpmək istədiyin kimi bir hisslə edilən şükrdən danışıram. :) Məncə, bu xoşbəxtliyin də əsas açarı, əlindəki gözəllikləri görə bildiyin andır. Həmişə həyatımızda üzüntülər, çatışmazlıqlar, uğursuzluqlar və s. yer alacaq. Və bunları fikir elədikcə xoşbəxtlikdən uzaqlaşırıq. Bizi xoşbəxt edən səbəblərə fokuslanaq, digər səbəbləri də … necə deyərlər, “Koy … rahvan gitsin” vəya qısaca fuck it!

Hə bu qədər bəsdi… Mən də təşəkkür eləmək istiyirəm. Bugün bir bəhanədirki, mən müəyyən təşəkkürlərimi sıralayım, siz də kefinizə düşsə oxuyun.

  • Valideynlərimə dünyaya gətirdikləri üçün təşəkkür eləməyi düşünmürəm :D Amma heçkəsə dəyib-dolaşmadan yaşamağı, hərkəsə imkanı çatdığı qədər kömək etməyi, zərərsiz və faydalı olmağı öz yaşantıları ilə tərbiyə etdikləri üçün təşəkkür edirəm. davamı »

Paylaş

etirafnamə… mənə lazımdı bu?!

December 21st, 2011 | Kateqoriya: ordan-burdan, | Tags: | 13 fikir Paylaş

Qəşəy söbətdi… Özün öz əllərinlə, öz blogunda bütün zibilini açıb tökürsən. :D əşşii, şəffaflıqdan qorxum yoxdu! Getdüy! :)

  • Uşaqlığımı sevmirəm. Həyat mənim üçün 13 yaşımdan (lisey illərindən) başlıyır.
  • Əksər xoş xatirələrim lisey illəri ilə bağlıdır. Bir fərd ola bilməyi o illərə xüsusilə də İlkin Abdullayev və Mehman Mustafayevə borcluyam! Ən yaxın dostlarım da, liseydəki sinif yoldaşlarımdır (4-5 nəfər) .
  • Tanışım çoxdur, dostum az.
  • Həyatımda iz qoymuş 2 qız var. (hələki :) ) Qızların birini mən incitdim, o biri də məni! Həyat ədalətlidir! :)
  • Kimisə bişirməy üçün yalandan sevgi oyunu oynamamışam. :D
  • Çox əhlikef adamam. :D Pisdir vəya yaxşıdır – bilmirəm. Mən də beləyəm da, neyniyim. :D
  • İstədiyim hərşeyi əldə edə bilirəm, sadəcə istəmək lazım gəlir. Gözütox olduğum üçün, çox şey istəmirəm. :D
  • Çox da ağıllı deiləm. Sadəcə nəyi necə edəcəyimi çox yaxşı bilirəm. Strategiyam həmişə uğurlu olur. :D davamı »

Paylaş

Ovçu olmaq

December 18th, 2011 | Kateqoriya: ordan-burdan, zövq, | Tags: , , , | fikir yaz Paylaş

Ovçu… Ovçuluq, tarix boyu şəkil dəyişdirir:

  • Qədim insanların ac qalmamaq üçün ovu
  • Şahların və onlardan nümunə götürən əhalinin “zövq” üçün ovu
  • Müasir dövr “insanlar”ının törətdiyi qətliam!

Bunlar hərkəsin gördüyü, eşitdiyi və bildiyi tərəflərdir. Xəbərlərdə, ədəbiyyatda və s. gördüyümüz… Bir də ovçuluğun az bilinən, anlatılmayan, sadəcə hiss edilə bilən və yaşanan tərəfləri var. Ovçuluğun illərcə qorunan, bugün də yaşanan bir fəlsəfəsi var. Ovçu olmaq, təbiət düşmanı olmaq deyil!

Ovçu olmaq, təbiətdən və təbiilikdən uzaq yerlərdə təbiətin kiçik bir parçasını hiss edə bilmək… Bu hissə doya bilməyib, təbiətə qaçmaqdır. Təbiətlə iç-içə olmaq, yağışdan sonrakı torpaq qoxusunu, quşların səsini, rüzgarın hərəkətini duymaqdır. Ovçu olmaq, təbiət dostu olmaqdır. Ehtiyacından artığını ovlamamaq… təbiiliyi pozan, təbiətə zərər vuran hərşeyə qarşı olmaqdır.

Ovçuluq zövq işidir. Amma bu zövq, heyvan ovlamaq qədər bəsit deyil. Ovçunun ovu, təbiətin səsidir... gün batımıdır… aşdığı dağlar, saatlarca izlədiyi dərələrdir… bunların yaşatdığı sevinc və həyəcandır.

p.s: Haqqında danışdığım ovçuluq, heyvanları öldürməkdən zövq almaq deyil. Bunu bir həyat tərzi kimi görmək, ancaq ehtiyacın olanı ovlamaqdır. Qohumlar, dost-tanış vəya satmaq üçün ovlamaq deyil! 


Paylaş

deyəsən sevməy istiyirəm…

December 2nd, 2011 | Kateqoriya: ordan-burdan, | Tags: , , , , | 8 fikir Paylaş

Deyəsən bu sevgi elə bişeydiki, bidəfə dadına baxdınsa, onsuz dayana bilmirsən. Amma hər dəfəsində yanaşma dəyişir… Dəyişdirən səbəblər çoxdur; acı təcrübə, böyümə və s.

Ayrılıqdan sonra mənə qalan azadlıq oldu, bir də musiqi… Yenidən sevsəm, musiqi yenə mənimlədi amma azadlığımı təhlükə gözləyir.

Azadlıq dediyim, gündə biriylə görüşmək, flirty həyat deyil. Əvvəllər sevgilim məndən nəsə soruşanda vəya tələb edəndə xoş gəlirdi. İndi isə, adi bir sual ürək bulandırır. Kiminsə məni sahiblənmək istədiyini görəndə, ətim ürpəşir sanki… Qaçmaq istiyirəm… Qaçıram… Mənə lazım deyil bunlar! Kifayət qədər yorulmuşam… davamı »


Paylaş